Novruz Aslanov kənddə seçiciləri qəbul edib - FOTO

Novruz Aslanov kənddə seçiciləri qəbul edib - <span style="color: red;">FOTO
# 19 dekabr 2014 07:50 (UTC +04:00)

Bakı-APA. Milli Məclisin (MM) deputatı Novruz Aslanov seçiciləri ilə görüşmək məqsədilə İsmayıllı rayonuna növbəti səfərini edib.

Deputatın qərargahın qərargahından APA-ya verilən məlumata görə, Novruz Aslanov İsmayıllı rayonunun Qurbanəfəndi kəndində seçicilərini qəbul edib, onların problemləri ilə maraqlanıb. Qəbula gələn sakinlərin qaldırdığı məsələlər əsasən torpaq məsələsi, kəndə gedən yolun təmiri barədə və sosial problemlərdən ibarət olub. Deputat qaldırılan məsələlərlə bağlı müvafiq addımların atılacağını bildirib. Qeyd olunub ki, kəndə gələn il üçün təbii qaz verilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR