Orxan Zeynalov cəzasını Azərbaycanda çəkmək istəyir - VİDEO

Orxan Zeynalov cəzasını Azərbaycanda çəkmək istəyir - <span style="color: red;">VİDEO
# 15 avqust 2014 08:59 (UTC +04:00)

APA-nın “İzvestiya” qəzetinə istinadən verdiyi məlumata görə, bunu O. Zeynalovun vəkili Viktor Anikuşkin deyib. O bildirib ki, məhkəmə qərarından apelyasiya şikayəti verən və hökmü hələ qüvvəyə minməyən Orxan vəkili vasitəsilə Azərbaycanın Rusiyadakı səfirliyi ilə danışıqlar aparır.

“Azərbaycan səfirliyi Zeynalovun cəzasını çəkəcəyi yer barədə qərara təsir edə bilər. Mən artıq səfirlikdə olmuşam, hazırda məsləhətləşmələr gedir”, - deyə Anikuşkin qeyd edib. O əlavə edib ki, Orxan Zeynalovun bu cəhdi baş tutmasa, onun Şimali Qafqazda yerləşən cəzaçəkmə müəssisələrindən birinə köçürülməsi barədə məsələ qaldıracaq: “Çünki orda onun yerliləri çoxdur”.

Qeyd edək ki, O. Zeynalov 2013-cü ilin oktyabrında Moskva sakini Yeqor Şerbakovu öldürməkdə ittiham olunaraq 17 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR