DİN əməkdaşları Daşkəsəndə 119 vətəndaşa şəxsiyyət vəsiqəsi verib

DİN əməkdaşları Daşkəsəndə 119 vətəndaşa şəxsiyyət vəsiqəsi verib
# 18 dekabr 2014 15:30 (UTC +04:00)

Bakı. Fuad Cəfərov -APA. Daxili İşlər Nazirliyinin(DİN) əməkdaşları bölgələrdə vətəndaşlara şəxsiyyət vəsiqəsi verilməsi prosesinin davam etdirir.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü və Daşkəsən Rayon Polis Şöbəsinin müvafiq xidmət əməkdaşlarının iştirakı ilə dekabrın 18-də rayonun Qabaqtəpə, Quşçu, Çanaqçı və Yeni Daşkəsən kəndlərində yaşayan sakinlərə şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı səyyar xidmət keçirilib.
Tədbir zamanı, ümumilikdə, 119 nəfərə yeni şəxsiyyət vəsiqələri verilib, həmçinin, 115 nəfərin şəxsiyyət vəsiqələri ilə təmin olunması üçün müvafiq sənədlər qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR