ABŞ “İŞİD”-in mövqelərinə daha 14 zərbə endirib

ABŞ “İŞİD”-in mövqelərinə daha 14 zərbə endirib
# 16 oktyabr 2014 19:52 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın döyüş təyyarələri “İŞİD” terror qruplaşmasının Suriyanın Türkiyə sərhədi yaxınlığındakı mövqelərinə daha 14 zərbə endirib. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.

Məlumata görə, zərbələrə 19 bina, 2 post və sair mövqelər məruz qalıb.

Məlumata görə, ABŞ Kobani ətrafında əməliyyat sahəsini xeyli genişləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR