Dövlət Gömrük Komitəsində test imtahanı keçirilib - FOTO

Dövlət Gömrük Komitəsində test imtahanı keçirilib - <span style="color: red;">FOTO
# 23 sentyabr 2015 15:49 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Dövlət Gömrük Komitəsi (DGK) ali məktəbləri bitirən məzunlar üçün test imtahanı keçirib.

 

DGK-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlcə Attestasiya Komissiyasının üzvləri imtahan iştirakçılarını salamlayaraq onlara test üsulunun qaydaları haqda məlumat verib, gənc mütəxəssislərə uğurlar arzulayıblar.

 

Tam şəffaflıq şəraitində aparılan imtahanda müraciət edən şəxslər öz biliklərini sınayıblar.

 

Xatırladaq ki, DGK nəzdində Attestasiya Komissiyası üzvlərinin iştirakı ilə aparılan test imtahanlarında daha çox bal toplayan gənclər kadr ehtiyatı siyahısında özlərinə yer alacaqlar.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR