Qəza səbəbindən Badamdarın su təchizatı bir neçə günlük məhdudlaşdırılır

Qəza səbəbindən Badamdarın su təchizatı bir neçə günlük məhdudlaşdırılır
# 01 iyul 2016 15:49 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Kür-Bakı magistral su xəttindən ayrılan və Səbail rayonu Badamdar qəsəbəsini içməli su ilə təmin edən 2 ədəd magistral xəttin birinin çətin relyef şəraitindən keçən hissəsində qəza baş verib və bununla əlaqədar Badamdar qəsəbəsinin bir hissəsinin su təchizatında fasilə yaranıb.


“Azərsu”ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economcis”ə verilən məlumata görə, hazırda əraziyə xüsusi texnika və işçi qüvvəsi cəlb olunaraq qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Qəza-bərpa işlərinin çətin relyef şəraitində aparılması nəzərə alınaraq 1-2 iyul tarixlərində Badamdar qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR