Şotlandiya müstəqilliklə bağlı referendum keçirə bilər

Şotlandiya müstəqilliklə bağlı referendum keçirə bilər
# 24 iyun 2016 14:27 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Şotlandiya hökuməti bölgənin müstəqilliyinə yol açan ikinci referendumun keçirilməsinə ilə bağlı yeni qanunverici bazanın hazırlanmasına başlayıb.

APA-nın “rg.ru” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Şotlandiyanın hökumət başçısı Nikola Störgn bildirib.

"Əgər parlament belə qərar qəbul etsə, biz müstəqilliklə bağlı yeni referendumun keçirilməsi üçün tələb edilən qanunların hazırlanmasına başlayacağıq.

N. Störgn bildirib ki, Şotlandiyanın öz iradəsi əleyihə Avropa İttifaqından çıxması onu qəzəblənirib:

“Mən bunun demokratik cəhətdən qəbuledilməz olduğunu hesab edirəm. Müstəqilliklə bağlı ikinci referendumun keçirilməsi ehtimalı çox yüksəkdir”,-deyə siyasətçi diqqətə çatdırıb.

Onun sözlərinə görə, Şotlandiyanın müstəqilliklə bağlı daha bir referendum keçirmək hüququ var.

Qeyd edək ki, rəsmi məlumatlara görə, Şotlandiya əhalisinin 62%-i Britaniyanın Avropa İttifaqının tərkibində qalmasına səs verib.

Xatırladaq ki, Şotlandiyanın müstəqilliyi ilə bağlı son referendum 18 sentyabr 2014-cü ildə keçirilib. Referendumda 55,3 % müstəqiliyin əleyhinə səs verdiyi üçün Şotlandiya Britaniyanın tərkibində qalmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR