Azərbaycanda Mərkəzləşdirilmiş Kredit Reyestrinə müraciətlərin sayı 1,7 dəfə artıb

Azərbaycanda Mərkəzləşdirilmiş Kredit Reyestrinə müraciətlərin sayı 1,7 dəfə artıb
# 17 iyul 2014 13:37 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. 2013-cü ilin yanvar-iyun ayları ilə müqayisədə bu ilin ilk yarım ili ərzində Mərkəzi Bankın nəzdindəki Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) müraciətlərin sayı 1,7 dəfə artıb.

APA-Economics”in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının Mərkəzləşdirilmiş Kredit Reyestri xidmətinin rəhbəri Elçin Həbibov deyib.

Onun sözlərinə görə, indi MKR-də haqqında məlumat toplanan borcalanların sayı 2,38 milyon nəfərə, kredit məlumatlarının sayı isə 7,7 milyona çatıb.

E.Həbibov əlavə edib ki, indi 37 Bank Olmayan Kredit Təşkilatı (BOKT) və 43 bank MKR-in xidmətlərindən yararlanır. MKR-də toplanan məlumatları “ASAN Xidmət” mərkəzlərindən də almaq mümkündür.

Qeyd edək ki, banklar və BOKT-lar MKR-dən məlumatları real vaxt rejimində elektron formada, kredit götürən şəxslər isə sorğu əsasında əldə edə bilərlər. Banklar və BOKT-lər üçün hər bir sorğunun qiyməti 1 manatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR