ARDNŞ neft hasilatını cüzi artırıb

ARDNŞ neft hasilatını cüzi artırıb
# 24 oktyabr 2014 10:48 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin sentyabr ayında Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən 686.8 min ton neft hasil edilib.

APA-Economics”in ARDNŞ-in statistika rəqəmlərinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,57% çoxdur. Ötən avqust ayı ilə müqayisədə isə ARDNŞ tərəfindən aparılan neft hasilatı 3,28% azdır.

Qeyd edək ki, bu ilin yanvar ayında bu rəqəm 715,4 min ton, fevralda 651,7, mart ayında isə 741,6 min ton, apreldə 686,2 min ton, mayda 715,9 min, iyun ayında 687,4 min ton, iyul ayında 709,7 min ton, avqust ayında isə 710,1 min ton təşkil edib.

Bu ilin yanvar-sentyabr aylarında isə ARDNŞ tərəfindən isə ümumilikdə 6 304,8 min ton neft hasil edilib. Bu, ötən ilin analoji dövrünün göstəricisindən 0.99% çoxdur.

Ümumilikdə sentyabr ayında ölkə üzrə 3469 min ton neft hasil edilib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 0,008% azdır.

Bu ilin yanvar ayında ölkə üzrə 3 639,2 min ton, fevralda 3 622,5 min ton, mart ayında 3 622,5 min ton, apreldə 3 632,5 min ton, mayda 3 707,8 min ton, iyun ayında 3 483,9 min ton, iyul ayında isə 3 708,2 min ton, avqust ayında isə 3 644.2 min ton neft hasil edilib.

Ümumilikdə bu ilin yanvar-sentyabr aylarında 32 529,8 min ton neft hasil edilib ki, bu da 2013-cü ilin 9 ayı ilə müqayisədə 0,93% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR