Noyabrın 8-də Xankəndi şəhərində Zəfər Gününün 6-cı ildönümü münasibətilə bayram konserti və atəşfəşanlıq təşkil olunub.
APA-nın Qarabağ bürosunun məlumatına görə, bayram konsertində vətənpərvərlik ruhlu mahnılar səsləndirilib, rəngarəng səhnə çıxışları təqdim olunub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, şəhər sakinləri və tədbir iştirakçıları Zəfər Gününün sevincini və qürurunu birlikdə yaşayıblar.
Konsert proqramından sonra Xankəndi səmasında bayram atəşfəşanlığı olub. Gecə səmasını rəngarəng işıqlara bürüyən atəşfəşanlıq sakinlər tərəfindən maraqla qarşılanıb.
Beləliklə, Xankəndi sakinləri 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin altıncı ildönümünü konsert proqramı və atəşfəşanlıqla qeyd ediblər.