Bank Of Baku

Gəncədə müəllimlərin konfransında məktəb direktorlarına xəbərdarlıq edilib

Gəncədə müəllimlərin konfransında məktəb direktorlarına xəbərdarlıq edilib
# 05 sentyabr 2008 12:44 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı – APA. Gəncə şəhər təhsil işçilərinin ümumşəhər konfransda 2007 -2008 –ci il tədris ilində məktəb direktorlarının işlərində bir sıra nöqsanlar olduğu bildirilib. Gəncə şəhər Təhsil İdarəsinin müdiri Mahal Əliyevin APA –nın Qərb bürosuna verdiyi məlumata görə, 9 saylı orta məktəbin direktoru Bahar Bağırova "Şahin" hərbi idman oyunları zaman pis nəticələr göstərdiyinə görə, tutduğu vəzifədən azad edilib. Konfransda bu il ali təhsil ocaqlarına şagirdlərin çox aşağı göstəricilərlə daxil olduqlarını nəzərə alaraq 27, 33, 40, 41, 44 saylı məktəblərin direktorlarına ciddi tapşırıqlar verilib. Konfransda iştirak edən təhsil nazirinin müavini İradə Hüseynova bildirib ki, qərb bölgəsindəki ucqar kəndlərdə müəllim çatışmazlığı var və bunu aradan götürmək üçün ali təhsil ocaqlarında məzunlar arasında maarifləndirmə işi aparılmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR