Bank Of Baku

Ordubadda əmək yarmarkası keçirilib

Ordubadda əmək yarmarkası keçirilib
# 22 oktyabr 2008 07:45 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu-APA Naxçıvan Muxtar Respublikasının (MR) Ordubad rayonunda növbəti əmək yarmarkası keçirilib. Rayon Məşğulluq Mərkəzinin direktoru Etibar Əliyevin APA-nın yerli bürosuna verdiyi məlumata görə yarmarkada vətəndaşlara 23 müəssisə və təşkilatdan 167 boş iş yeri təqdim olunub. Yarmarkanın keçirildiyi müddətdə 38 nəfərə vakant yerlərə göndəriş verilib, 2 nəfər kvota yerinə göndərilib, 6 nəfər ictimai işlə təmin olunub.
Qeyd edək ki, növbəti mərhələdə şəhər və rayon məşğulluq mərkəzlərinin xətti ilə keçirilən belə yarmarkalar noyabr ayının ortalarınadək regionun bütün bölgələrini əhatə edəcək. İlin sonuncu yarmarkası noyabrın 11-də Naxçıvan şəhərində təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR