Bank Of Baku

Naxçıvanda yaşayış məntəqələrinin qazlaşdırılması başa çatıb

Naxçıvanda  yaşayış  məntəqələrinin  qazlaşdırılması  başa çatıb
# 22 oktyabr 2008 07:46 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu-APA Naxçıvan Muxtar Respublikasında (MR) bütün yaşayış məntəqələrinin qazla təminatı prosesi başa çatdırılıb. «Naxçıvanqaz» MMC-dən APA-nın yerli bürosuna verilən məlumata görə, 2005-сi ildən mərhələlərlə həyata keçirilən qazlaşdırma işləri çərçivəsində Şərur rayonunda 62, Ordubadda 45, Babəkdə 41, Сulfada 25, Şahbuzda 24, Kəngərlidə 11, Sədərək rayonda isə 3 yaşayış məntəqəsinə təbi qazın verilməsi təmin edilib.
Yeni qaz xətlərinin çəkilişi və qazlaşdırmanın tam başa çatması ilə muxtar respublika üzrə abonentlərin sayı 75 min 618-ə çatıb. Yaşayış məntəqələrinin qazlaşdırılması ilə paralel olaraq 715 müəssisənin dəm mavi yanaсaqla təmin olunması prosesi yekunlaşıb.
Qeyd edək ki, regionun qazlaşdırılması prosesinə 2005-сi ilin sonundan başlanılıb. Regionun qazlaşdırılması «Laxas-SS», «Alıbəyli-Y» və «Rabitə-İnşaat-N» Məhdud Məsuliyyətli Cəmiyyətləri (MMC) tərəfindən həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR