Bank Of Baku

Yevlaxda ev heyvanları arasında quduzluq xəstəliyi aşkarlanıb

Yevlaxda ev heyvanları arasında quduzluq xəstəliyi aşkarlanıb
# 22 oktyabr 2008 09:04 (UTC +04:00)
Yevlax. Teymur Zahidoğlu-APA. Yevlaxın Gülövşə kəndində ev heyvanları arasında quduzluq xəstəliyi aşkarlanıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, kənddə məskunlaşan Laçın rayonundan olan məcburi köçkünə məxsus iribuynuzlu heyvandan götürülən nümunələr Kənd Təsərrüfatı Nazirliyi nəzdindəki laboratoriyaya göndərilib, heyvanda quduzluq xəstəliyinin olması müəyyən edilib. Yevlax İcra Hakimiyyəti kəndə komissiya göndərib. Kənddə olan bütün sahibsiz itlər öldürülüb. İcra Hakimiyyətinin qərarı ilə kənddə karantin elan olunub.
Eyni zamanda İcra Hakimiyyətində Yevlax ərazisindəki bütün yaşayış məntəqələrində heyvanlar arasında xəstəliklərin yayılma vəziyyətini aydınlaşdırmaq üçün 5 komissiya yaradılıb. Rayona Kənd Təsərrüfatı Nazirliyindən mütəxəssislər dəvət olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR