Bank Of Baku

Şəmsəddin Hacıyev: “Bakı Maliyyə Kollecində tələbənin öz müəllimini qətlə yetirməsini pisləyirəm”

Şəmsəddin Hacıyev: “Bakı Maliyyə Kollecində tələbənin öz müəllimini qətlə yetirməsini pisləyirəm”
# 22 oktyabr 2008 09:17 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “Bakı Maliyyə Kollecində tələbənin öz müəllimini qətlə yetirməsini pisləyirəm. Bu hadisə səbəbindən asılı olmayaraq, yaxşı hal deyil”. APA-nın məlumatına görə, bu fikirləri Milli Məclisin elm və təhsil komissiyasının sədri Şəmsəddin Hacıyev deyib. Onun sözlərinə görə, hadisə ilə bağlı məlumatları yalnız mətbuatdan alıb və bu barədə o qədər də böyük bilgiyə malik deyil: “Hesab edirəm ki, o tələbə ruhi xəstə olub”. Tələbənin ali məktəbə qəbul olarkən sağlamlıq haqda arayış almasına gəldikdə, komissiya sədri güman edir ki, bu xəstəlik onda ali məktəbə qəbul olduqdan sonra yaranıb: “O universitetdə təhsil almır, kollecdə oxuyur. Amma hər halda ola bilər ki, qəbul edilən vaxt sağlam olub, sonra problemlər yaranıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR