Bank Of Baku

Parlamentin payız sessiyasında “Təhsil haqqında” qanun layihəsinin qəbulu gözlənilir

Parlamentin payız sessiyasında “Təhsil haqqında” qanun layihəsinin qəbulu gözlənilir
# 22 oktyabr 2008 09:18 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Təhsil haqqında” qanun layihəsi Milli Məclisin payız sessiyası zamanı qəbul oluna bilər. APA-nın məlumatına görə, bunu parlamentin Elm və təhsil komissiyasının sədri Şəmsəddin Hacıyev deyib. O bildirib ki, qanun layihəsinin konkret hansı tarixdə müzakirəyə çıxarılacağı müəyyənləşməsə də, məsələ iş planına daxil edilib və noyabrda ikinci oxunuşda müzakirəsi gözlənilir. Ş. Hacıyev birinci oxunuşda səslənən bütün irad və təkliflərin komissiyanın iclasında nəzərə alındığını və layihənin təkmilləşdirildiyini söyləyib. Ümumilikdə qanunun qəbuluna mane olan səbəblər və vaxtın uzanmasına gəldikdə, Ş. Hacıyev bunun obyektiv səbəblərinin olduğunu vurğulayıb: “Qanunun qəbulunun uzandığını deməzdim. Sadəcə olaraq bu qanunun əhəmiyyəti böyükdür. Ona görə də elə bir ciddi, təkmil sənəd işləyib ortaya çıxarmaq lazımdır ki, təhsilin inkişafına təkan versin. Bütün ekspertlərdən rəy alınıb. Fikirləşirəm ki, bu sessiya çərçivəsində layihə qəbul olunacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR