Bank Of Baku

Naxçıvan Dövlət Universitetində Naxçıvan xanlığının tədqiqatçısı ilə görüş keçirilib

Naxçıvan Dövlət Universitetində Naxçıvan xanlığının tədqiqatçısı ilə  görüş keçirilib
# 22 oktyabr 2008 14:21 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Naxçıvan Dövlət Universitetində (NDU) tanınmış rus alimi, yazıçı-publisist Rudolf İvanovla görüş keçirilib. Universitetin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, NDU-nun rektoru, akademik İsa Həbibbəyli belə görüşlərin keçirilməsinin hər iki xalqın mədəniyyəti, tarixi üçün böyük əhəmiyyət daşıdığını qeyd edib. Rektor Qafqaz mənşəli Rudolf İvanovun yaradıcılığında Dağıstan və Azərbaycan, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanla bağlı elmi-tədqiqatların üstünlük təşkil etdiyini vurğulayıb. İ. Həbibbəyli yazıçının «Əlahəzrətin general-adyutantı», eləcə də «Bəyazidin müdafiəsi: həqiqət və yalan» adlı kitablarının Naxçıvana həsr olunduğunu söyləyib. Rudolf İvanov isə Azərbaycan xalqına, xüsusilə də Naxçıvana çox bağlı olduğunu söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR