Bank Of Baku

Bakı Slavyan Universitetində “Rus dili və ədəbiyyatı həftəsi”nin açılışı keçirilib

Bakı Slavyan Universitetində “Rus dili və ədəbiyyatı həftəsi”nin açılışı keçirilib
# 22 oktyabr 2008 14:45 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Bu gün Bakı Slavyan Universitetində “Rus dili və ədəbiyyatı həftəsi”nin açılışı keçirilib. APA-nın məlumatına görə, açılışı mərasimində universitetin rektoru Kamal Abdulla, Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov, Rusiya nümayəndə heyətinin rəhbəri Natalya Kuteynikova və digər şəxslər iştirak ediblər. K. Abdulla çıxışında hazırda rus dilinin Azərbaycanda istifadə edilən əsas dillərdən biri olduğunu, bu dildə qəzet, jurnal, elmi-populyar və publisistik ədəbiyyat nəşr olunduğunu bildirib. V. İstratov isə Azərbaycanda rus dilinə hələ də tələbat olduğunu, bu səbəblə mütəxəssislər arasında təcrübə mübadiləsi məqsədilə belə tədbirlərin təşkil edildiyini söyləyib: “Azərbaycan MDB-də çox az ölkələrdən biridir ki, burada rus dilində danışılan uşaq bağçasına getmək və rusca dissertasiya müdafiə etmək mümkündür”.

Qeyd edək ki, həftə çərçivəsində son vaxtlar Rusiyada nəşr olunmuş elmi-metodiki, uşaq və bədii ədəbiyyatların təqdimatı keçirilib. Kitablar Slavyan Universitetinin fonduna verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR