Bank Of Baku

Azərbaycanda Elmi İnnovasiyalar şəbəkəsi yaradılacaq

Azərbaycanda Elmi İnnovasiyalar şəbəkəsi yaradılacaq
# 22 oktyabr 2008 14:48 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Gələn il Azərbaycanda Elmi İnnovasiyalar şəbəkəsi yaradılacaq. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasını (AMEA) nəzdində yeni yaradılan Elmi İnnovasiyalar Mərkəzinin direktoru Fərman Qasımov bildirib.
F. Qasımovun sözlərinə görə, yeni şəbəkənin yaradılmasında məqsəd Azərbaycanda qeydiyyatdan keçən elmi işlərin elektron bazasının yaradılmasıdır. Şəbəkə yaradılandan sonra ölkə alimlərinin tədqiqatları ilə elektron formada yaxından tanış olmaq mümkün olacaq.
Qeyd edək ki, hazırda Azərbaycanda 2000-dən çox elmi iş qeydiyyatdan keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR