Bank Of Baku

Səhiyyə Nazirliyi apteklərə növbəti xəbərdarlıq edib

Səhiyyə Nazirliyi apteklərə növbəti xəbərdarlıq edib
# 22 oktyabr 2008 14:56 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycan Səhiyyə Nazirliyi apteklərə növbəti xəbərdarlıq ünvanlayıb. Nazirliyin lisenziyalaşdırma və nəzarət sektorundan APA-ya verilən məlumata görə, “Reseptlərin yazılması və dərman vasitələrinin (narkotik tərkibli və prekursorlar istisna olmaqla) aptek müəssisələrindən buraxılması qaydaları haqqında” əmrə əsasən dərman vasitələri (reseptsiz buraxılan dərman vasitələri istisna olmaqla) yalnız xüsusi resept blanklarında təqdim edildikdə aptek təşkilatları tərəfindən buraxılmalıdır. 2007-ci il mayın 3-də verilmiş bu qaydalar pozulduğuna görə Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin mütəxəssisləri son iki ay ərzində 13 protokol tərtib ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR