Bank Of Baku

Bakıda “İslamofobiya və ksenofobiyanın müxtəlif növləri: gənclərə təsiri və qarşısının alınmasında gənclərin fəaliyyəti” mövzusunda beynəlxalq konfrans keçirilir

Bakıda “İslamofobiya və ksenofobiyanın müxtəlif növləri: gənclərə təsiri və qarşısının alınmasında gənclərin fəaliyyəti” mövzusunda beynəlxalq konfrans keçirilir
# 05 noyabr 2008 10:47 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Bakı şəhərində “İslamofobiya və ksenofobiyanın müxtəlif növləri: gənclərə təsiri və qarşısının alınmasında gənclərin fəaliyyəti” mövzusunda beynəlxalq konfrans keçirilir. APA-nın məlumatına görə, tədbir Azərbaycanın Gənclər və İdman Nazirliyi, Avropa Şurası, İSESCO, Avropa Gənclər Forumu və “Dialoq və Əməkdaşlıq Uğrunda” İslam Konfransı Gənclər Forumu tərəfindən “Dini fərqlilikdən kənar” devizi altında təşkil edilib. Konfransda çıxış edən gənclər və idman naziri Azad Rəhimov Azərbaycanın dünyəvilik və vicdan azadlığı baxımından bütün dünyaya nümunə olan ölkəyə çevrildiyini deyib: “Hazırda Azərbaycanda 80-ə yaxın millətin və müxtəlif etnik qrupların nümayəndələri yaşayır, onların hamısı Azərbaycanın tamhüquqlu vətəndaşlarıdır”. Nazir bildirib ki, Azərbaycan dövlətinin siyasəti milli, dini və etnik ayrı-seçkilikdən kənar bir mühit formalaşdırmaqdan ibarətdir.

Avropa Şurasının gənclər və idman üzrə direktoru Ralf-Rene Veynqartner Azərbaycanın gənclərlə bağlı siyasətdə çox fəallıq göstərdiyini vurğulayıb. İSESCO baş katibi aparatının rəhbəri Əhməd Səid Quld Bah isə ABŞ-da baş verən 11 sentyabr hadisəsindən sonra islama qarşı hücumların artığını söyləyib: “Bu islama və müsəlmanlığın yayılmasına qarşı çıxış edən qüvvələrin əsaslandırılmamış düşmənçiliyidir. Təəssüf ki, ictimai-siyasi sferada da islamofobiyaya rast gəlinir. İslama qarşı çıxış edənlərin cəzasız qalması digərlərini də belə çıxışlar etməyə həvəsləndirir. Bu problemə qarşı hamı birgə mübarizə aparmalıdır”.

Qeyd edək ki, tədbirdə 43 ölkədən 124 nümayəndə iştirak edir. Noyabrın 8-dək davam edəcək konfransın yekunu olaraq Bakı Gənclər Təşəbbüsü sənədinin qəbul edilməsi nəzərdə tutulub. Bu sənəd gənclərin növbəti illərdə birgə fəaliyyətini tənzimləyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR