Bank Of Baku

Goranboyda qədim memarlıq nümunələri tapılıb

Goranboyda qədim memarlıq nümunələri tapılıb
# 14 aprel 2009 10:26 (UTC +04:00)
Goranboy. Teymur Zahidoğlu-APA. Goranboyun Gürzalılar kəndi yaxınlığında qədim memarlıq nümunələri tapılıb. Bu barədə APA-nın Qarabağ bürosuna Goranboy rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Gündüz Hacıyev bildirib. G. Hacıyev deyib ki, yonulmuş daşlardan ibarət qədim memarlıq nümunələri ərazidə arxeoloji tədqiqatların aparılmasına ciddi ehtiyac olduğunu göstərir: “Buna görə də Arxeologiya və Etnoqrafiya İnstitutuna müraciət olunub”.
Onun sözlərinə görə, Gürzalılar kəndinin yaxınlığından keçən Azı çayının sahilindən təxminən 8-12 əsrlərə aid olan yonulmuş tikinti daşları üzə çıxıb. Daşları kənd sakini Vasif Kazımov tapıb. Aşkarlanmış qədim memarlıq nümunələrinə əsasən həmin ərazidə torpağın alt qatlarında qədim şəhər və ya saray tipli yaşayış məntəqəsinin olduğunu ehtimal etmək mümkündür.
G. Hacıyev onu da bildirib ki, indiyədək Goranboy ərazində tapılmış belə nümunələrin əsasında aparılan arxeoloji qazıntılar nəticəsində qədim Azərbaycan tarixinin bir çox qaranlıq səhifələrinə aydınlıq gətirilib. Çoxlu sayda incəsənət nümunələri, şəhər və qalaların qalıqları alimlər tərəfindən tədqiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR