Bank Of Baku

Tiflis Dövlət Universitetində Qax, Balakən və Zaqataladan gəlmiş gürcü məktəbliləri ilə görüş keçirilib

Tiflis Dövlət Universitetində Qax, Balakən və Zaqataladan gəlmiş gürcü məktəbliləri ilə görüş keçirilib
# 14 aprel 2009 11:49 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. İvane Cavaxişvili adına Tiflis Dövlət Universitetində Gürcüstanın Diasporla İş üzrə Dövlət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın Qax, Balakən, Zaqatala rayonlarından gəlmiş gürcü məktəbliləri ilə görüş keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, “Gürcü dili günü” münasibətilə keçirilən görüşü universitetin rektoru Georgi Xubua açıb. Sonra diasporla iş üzrə dövlət nazirinin müavini Merab Tsuxua çıxış edib. Tədbirdə Qax, Balakən, Zaqatala rayonlarındakı 11 orta məktəbdən gəlmiş 25 şagirdin ədəbi yaradıcılıq nümunələri dinlənilib və hər məktəbdən bir nəfər şagird müsabiqənin qalibi seçilib. Qaliblərə “noutbuk” hədiyyə edilib.

TDU-nun rektoru G. Xubua APA-ya açıqlamasında Azərbaycandakı gürcü uşaqlarının ana dillərini çox yaxşı öyrəndiklərini söyləyib və bundan sevindiyini deyib: “Bu, Azərbaycan Təhsil Nazirliyinin təqdirəlayiq işidir. Biz gürcü və Azərbaycandilli məktəblərin əlaqəsini möhkəmlətməliyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR