Bank Of Baku

“Xüsusi iqtisadi zonalar haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edilib

“Xüsusi iqtisadi zonalar haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edilib
# 14 aprel 2009 12:50 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclis “Xüsusi iqtisadi zonalar haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib. APA-nın xəbərinə görə, parlamentin İqtisadiyyat Komitəsinin sədri Ziyad Səmədzadə sənəd haqqında məlumat verib. O, ikinci oxunuş zamanı irəli sürülən rəy və təkliflərin nəzərə alındığını, qanun qəbul edildikdən sonra ölkə iqtisadiyyatında canlanma yaranacağını deyib. Müzakirələrdən sonra sənəd üçüncü oxunuşda qəbul edilib. İclasda həmçinin “Dərman vasitələri haqqında” qanuna əlavə və dəyişiklik də təsdiqlənib. Bundan başqa, deputatlar “MDB iştirakçısı olan dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurası haqqında” Əsasnaməyə dəyişikliyi müzakirə ediblər. Deputat Baba Tağıyev bu məsələ ilə bağlı APA-ya açıqlamasında quruma səs çoxluğu ilə bir il müddətinə seçilən sədrin rəhbərlik etdiyini söyləyib: “MDB dövlətlərinin gömrük xidmətlərinin rəhbərləri tərəfindən hər hansı şəxsin təkrar seçilməsi barədə qərar qəbul edildikdə həmin şəxs növbəti müddətə bu vəzifəyə seçilə bilər. Hesab edirəm ki, bu, doğru deyil. Ermənistan da həmin şuranın üzvüdür. Rusiya isə MDB-də nüfuzlu ölkə olaraq Ermənistana yardım edir. Belə çıxır ki, Ermənistan şuraya bir dəfə sədrlik etdikdən sonra təkrar sədrlik etmək istəsə, Azərbaycanın etirazı heç bir rol oynamayacaq”. Müzakirələrdən sonra sənəd qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR