Bank Of Baku

İranda Marağa Rəsədxanasının 750 illik yubileyi qeyd olunacaq

İranda Marağa Rəsədxanasının 750 illik yubileyi qeyd olunacaq
# 14 aprel 2009 13:35 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Mayın 23-25-də İran İslam Respublikasının Marağa şəhərində Marağa Rəsədxanasının 750, Şamaxı Rəsədxanasının 50 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək. Bu barədə APA-ya N. Tusi adına Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev bildirib. Onun sözlərinə görə, BMT Baş Assambleyasının qərarı ilə 2009-cu il bütün dünyada “Astronomiya ili” elan edilib. Bun görə də bütün dünya ölkələrində astronomiya sahəsində konfranslar, forumlar keçiriləcək. Ə. Quliyevin sözlərinə görə, Nəsrəddin Tusinin yaratdığı Marağa rəsədxanasının yubileyi İranla yanaşı, bu ilin sentyabr ayında Naxçıvanda da qeyd olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR