Bank Of Baku

Ekologiya və Təbii Sərvətlər Nazirliyi jurnalistlər arasında ekoloji mövzular üzrə müsabiqə elan edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi jurnalistlər arasında ekoloji mövzular üzrə müsabiqə elan edib
# 14 aprel 2009 13:42 (UTC +04:00)
Bakı. İlhamə Isabalayeva-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 iyun-Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ölkədə ekoloji vəziyyətin sağlamlaşdırılması, ətraf mühitin, təbii sərvətlərin, biomüxtəlifliyin mühafizəsi və qorunub saxlanılması, təbiətdən davamlı istifadənin təmin olunması, təbliğ edilməsi, daha da inkişaf etdirilməsi və əhalinin məlumatlandırılması məqsədi ilə ekoloji mövzuda yazılmış ən yaxşı məqalələr və televiziyada verilmiş reportajlar üzrə jurnalistlər arasında müsabiqə keçirir. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqəyə 2008-2009-cu illər ərzində mətbuatda çap olunmuş məqalələr və televiziyada göstərilmiş reportajlar təqdim edilməlidir. Məqalə və telereportajlarda Azərbaycanın füsunkar təbiəti, onun zəngin fauna və florası, təbii sərvətləri, ekoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində görülən işlər, mövcud problemlər və onların həlli üçün təkliflər, bu istiqamətdə dövlət orqanlarının, ictimaiyyətin fəaliyyəti barədə və s. məlumatlar öz əksini tapmalıdır. Müsabiqədə ən yaxşı məqalələr üzrə 1-ci mükafat 500, 2-ci mükafat 300, 3-cü mükafat 200 manat, televiziya kanallarında verilmiş ən yaxşı telereportaj üzrə 1-ci mükafat 500, 2-ci mükafat 300, 3-cü mükafat 200 manat məbləğində mükafatlandırılacaq. Mükafatlar iyunun 5-i ərəfəsində təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR