Bank Of Baku

Azərbaycan Diplomatik Akademiyasının magistratura pilləsinə tələbə qəbulu elan edilib

Azərbaycan Diplomatik Akademiyasının magistratura pilləsinə tələbə qəbulu elan edilib
# 14 aprel 2009 13:47 (UTC +04:00)
Bakı. İlhamə Isabalayeva-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Diplomatik Akademiyasının (ADA) magistraturasına 2009-2010-cu tədris ili üçün beynəlxalq münasibətlər və diplomatiya ixtisasları üzrə tələbə qəbulu elan edib. Komissiyanın ictimaiyyətlə əlaqələr sektorundan APA-ya verilən məlumata görə, ixtisasından asılı olmayaraq, bütün ali təhsilli şəxslər ADA-nın magistraturasına müraciət edə bilərlər. Tədris ingilis dilində olacaq. Magistraturaya müraciət edən namizədlərə ixtisas məhdudiyyəti qoyulmayacaq. ADA-ya sənədlərini vermiş namizədlərdən TQDK-nın keçirdiyi magistratura pilləsinə qəbul imtahanının yalnız birinci mərhələsini keçmək tələb olunur. Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini aprelin 30-dək təqdim edilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR