Bank Of Baku

Kəngərli rayonunda əmək yarmarkası keçirilib

Kəngərli rayonunda əmək yarmarkası keçirilib
# 14 aprel 2009 14:12 (UTC +04:00)
Naxçıvan. C.Qurbanoğlu – APA. Naxçıvan Muxtar Respublikasının (MR) Kəngərli rayonunda əmək yarmarkası keçirilib. Naxçıvan MR Məşğulluq Mərkəzinin direktoru Sevindik Vəliyevin APA-nın yerli bürosuna verdiyi məlumata görə, yarmarkaya rayon ərazisində fəaliyyət göstərən 12 dövlət müəssisəsindən 81 vakant iş yeri çıxarılıb. Gün ərzində 30 nəfər daimi iş üçün göndəriş alıb.

Şəhər və rayon məşğulluq mərkəzlərinin xətti ilə keçirilən belə yarmarkalar aprel ayının sonunadək regionun bütün bölgələrini əhatə edəcək. Yarmarkaların növbəti rüblər ərzində də təşkili nəzərdə tutulur.

Qeyd edək ki, ötən il Naxçıvan MR-da rayon və şəhər məşğulluq mərkəzləri tərəfindən 2 351 işaxtaran vətəndaş qeydə alınıb, onlardan 2 113-ü işlə təmin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR