Bank Of Baku

İsveçrənin Avropa İnstitutu Cənubi Qafqaz ölkələri üçün yeni proqram üzrə təqaüd ayırıb

İsveçrənin Avropa İnstitutu Cənubi Qafqaz ölkələri üçün yeni proqram üzrə təqaüd ayırıb
# 14 aprel 2009 15:11 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. İsveçrənin Bazel Universiteti nəzdində fəaliyyət göstərən Avropa İnstitutunda Cənubi Qafqaz ölkələri üçün 2009-2010-cu tədris ili üzrə “Master of Advanced Studies in Euroepan Intergration” proqramı üzrə təqaüd ayrılıb. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, təqaüd proqramı çərçivəsində tələbələrə ilkin olaraq siyasət, hüquq və iqtisadiyyat üzrə biliklər tədris olunacaq, eyni zamanda Strasburq, Lüksemburq və Brüsselə təcrübə səfərləri təşkil ediləcək. Namizədin istəyindən asılı olaraq proqram 1 və ya 2 il müddətində davam etdirilə bilər. Təqaüd proqramında iştirak etmək arzusunda olan namizədlər ali təhsilli olmalı (hüquq, siyasət və iqtisadiyyat fakültələrini bitirmiş namizədlərə üstünlük veriləcək), alman və ya ingilis dilini bilməlidirlər. Namizədlər proqramda iştirak üçün tələb olunan sənədlərini aprelin 22-dək Təhsil Nazirliyinə təqdim etməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR