Bank Of Baku

Beynəlxalq Əmək Təşkilatının subregional ofisinin direktoru AHİK sədri Səttar Mehbalıyevlə görüşüb

Beynəlxalq Əmək Təşkilatının subregional ofisinin direktoru AHİK sədri Səttar Mehbalıyevlə görüşüb
# 15 aprel 2009 08:31 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Beynəlxalq Əmək Təşkilatı (BƏT) Azərbaycanda Layiqli Əməyin Təminatı üzrə ölkə proqramının yerinə yetirilməsi ilə əlaqədar görülən işlərdən razıdır. APA-nın Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) istinadən məlumatına görə, bunu BƏT-in Şərgi Avropa və Mərkəzi Asiya üzrə Moskvadakı subregional ofisinin direktoru xanım Martina Lyubova AHİK sədri Səttar Mehbalıyevlə görüşündə deyib. Görüşdə bu proqramın həyata keçirilməsinin vəziyyəti müzakirə olunub, BƏT ilə Azərbaycan arasında gələcək münasibətlərin perspektivləri ilə əlaqədar fikir mübadiləsi aparılıb. S. Mehbalıyev Azərbaycanda Layiqli Əməyin Təminatı üzrə ölkə proqramının yerinə yetirilməsi üçün məşğulluq strategiyasının icrası, gənclər arasında məşğulluğun artırılması siyasətinin təkmilləşdirilməsi, layiqli iş yerlərinin yaradılmasına kömək göstərilməsi istiqamətində həyata keçirilən tədbirdən danışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR