Bank Of Baku

Azərbaycanda daha iki dövlət standartı təsdiqlənib

Azərbaycanda daha iki dövlət standartı təsdiqlənib
# 15 aprel 2009 08:41 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) AZS 358-2009 və AZS 356.1-2009 dövlət standartlarını təsdiq edib. Bu barədə «APA-Economics»ə SMPDK-nin mətbuat xidmətindən məlumat verilib.
AZS 358-2009 Fövqəladə Hallar Nazirliyinə məxsus nəqliyyat vasitələri üzərində tanınma nişanları, xüsusi işıq və səs siqnalları üçün müəyyən olunmuş dövlət standartıdır. Bu standart may ayının 1-dən tətbiq olunacaq.
AZS 356.1-2009 (İSO/İEC 15408-1:2005) informasiya texnologiyaları üzrə təhlükəsizlik standartıdır. Bu dövlət standartının tətbiqinə isə aprelin 20-dən başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR