Bank Of Baku

Bakıda “Hemofiliya məktəbi” açılıb

Bakıda “Hemofiliya məktəbi” açılıb
# 15 aprel 2009 10:22 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün 17 aprel Ümumdünya Hemofiliya Günü münasibətilə 10 saylı uşaq poliklinikasının nəzdində “Hemofiliya məktəbi”nin təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbəri Gülnarə Hüseynova bildirib ki, “Hemofiliya məktəbi” dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyətində fəaliyyət göstərir. Azərbaycanda isə bu məktəbin yaradılması ilk dəfədir. G. Hüseynovanın sözlərinə görə, məktəbin funksiyası hemofiliya xəstəliyinin profilaktikasını təşkil etmək, fəsadlarının qarşısını almaq və maarifləndirmə işləri aparmaqdan ibarətdir. Məktəbdə xəstə uşaqların valideynləri, yaşlı xəstələr, onların ailə üzvləri, tibb işçiləri xəstəliklə bağlı məlumat ala bilərlər. G. Hüseynova deyib ki, hazırda Azərbaycanda 1200 hemofiliyalı xəstə, 3000 nəfərdən çox isə hemofiliya daşıyıcısı var. Hemofiliya xəstələri arasında məktəbəqədər və məktəbyaşlı uşaqlar üstünlük təşkil edir. 217 nəfər məktəbəqədər və məktəb yaşlı hemofiliyalı uşağın isə kompleks reabilitasiya tədbirlərinə ehtiyacı var. Hemofiliyalı xəstələrin daha çox Bakı, Mərkəzi Aran, Şirvan və Gəncəbasar zonalarında üstünlük təşkil etdiyini deyən G. Hüseynovanın sözlərinə görə, gələn il “Hemofiliyalı xəstələrə dövlət qayğısı üzrə Dövlət Proqramı” çərçivəsində molekulyar kenetik müayinə laboratoriyasının yaradılması gözlənilir. Laboratoriyanın yaradılması hemofiliyalı uşaqların doğulmasının qarşısını almağa kömək edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR