Bank Of Baku

Türkiyə hökuməti İslam Konfransı Təşkilatına üzv dövlətlərin vətəndaşları üçün yeni təqaüd proqramları və yay kursları elan edib

Türkiyə hökuməti İslam Konfransı Təşkilatına üzv dövlətlərin vətəndaşları üçün yeni təqaüd proqramları və yay kursları elan edib
# 15 aprel 2009 13:41 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Türkiyə hökuməti İslam Konfransı Təşkilatına üzv dövlətlərin vətəndaşları üçün bakalavr və magistratura pillələri və tədqiqat işi üzrə təqaüd proqramları, o cümlədən türk dili üzrə yay kursları elan edib. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, türk dili üzrə yay kursları Türkiyənin İstanbul, Ankara, İzmir, Kayseri, Antalya və Samsun şəhərlərində həyata keçiriləcək. Namizədlər bu şəhərlər sırasından 3-nü seçə bilərlər. Kurslar iyulun 1-dən avqustun 31-dək olacaq. Magistr pilləsi üzrə təhsil almaq istəyən namizəd ali təhsilli və yaşı 40-dan aşağı olmalı, tədqiqat işi üzrə proqramda təhsil almaq arzusunda olan namizəd ali təhsilli olmalı, türk, ingilis və ya fransız dilini bilməlidir. Proqramda iştirak etmək istəyən namizədlər sənədlərini mayın 13-dək Təhsil Nazirliyinə təqdim etməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR