Bank Of Baku

Kembric Universitetinin professoru Bərdəyə gəlib

Kembric Universitetinin professoru Bərdəyə gəlib
# 15 aprel 2009 15:08 (UTC +04:00)
Bərdə. Teymur Zahidoğlu-APA. Kembric Universitetinin professoru tarix elmləri doktoru, arxeoloq Min Brover Rhd Bərdə rayonuna gəlib. APA-nın Qarabağ bürosunun məlumatına görə, tarixçi-alim Bərdənin qədim tarixi, arxeologiyası və etnoqrafiyası, tarixi abidələri ilə tanış olub. O, jurnalistlərə açıqlamasında deyib ki, Bərdə qədim şəhərdir və onun tarixi 3 min ili əhatə edir. Xanım Brover Qarabağ atları ilə tanış olmaq üçün Bərdənin Xam Torpaq adlanan ərazisində yerləşən Qarabağ Atçılıq Zavoduna da baş çəkəcək.
Qonaq sabahdan başlayaraq Bərdədə təşkil olunacaq “Qarabağın tarixi, arxeologiyası, etnoqrafiyası və Bərdə şəhərinin üç min illliyi” mövzusunda elmi-praktiki konfransda iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR