Bank Of Baku

Salyanda yeni quraşdırılan modul tipli sutəmizləyici qurğulara baxış keçirilib

Salyanda yeni quraşdırılan modul tipli sutəmizləyici qurğulara baxış keçirilib
# 16 aprel 2009 09:48 (UTC +04:00)
Bakı-APA. Bu gün Salyan rayonunun Çuxanlı, Abad və Yenikənd kəndlərində “Hyundai” şirkətinin istehsalı olan ən müasir “osmos” texnologiyalı sutəmizləyici qurğulara baxış keçirilib. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Bu gündən etibarən quraşdırılmış qurğuların fəaliyyəti nəticəsində Çuxanlı kəndinin 2272 nəfər əhalisi gün ərzində 50 m3 sutəmizləmə gücünə malik 11 bulaq, Abad kəndinin 2870 nəfər əhalisi gün ərzində 60 m3 sutəmizləmə gücünə malik 17 bulaq, Yenikənd kəndinin 2237 nəfər əhalisi isə gün ərzində 40 m3 sutəmizləmə gücünə malik 16 bulaq vasitəsilə təmiz içməli sudan istifadə edəcəklər.
Qeyd edilib ki, ölkə prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq 2007-2008-ci illər ərzində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 12 rayonun (Ağcabədi, Biləsuvar, Sabirabad, Kürdəmir, Yevlax, Zərdab, İmişli, Saatlı, Salyan, Neftçala, Babək və Şərur) 122 kəndində modul tipli sutəmizləyici qurğular quraşdırılıb və 224 min əhali Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR