Bank Of Baku

Məcburi köçkünlər Hacıkənd yolunu bağlayıblar

Məcburi köçkünlər Hacıkənd yolunu bağlayıblar
# 16 aprel 2009 10:58 (UTC +04:00)
Göygöl. Cəmşid Bəxtiyar-APA Hacıkənd qəsəbəsinə gedən yollar bağlanıb. APA-nın qərb bürosunun məlumatına görə, dünən Göygöl rayonunun Hacıkənd kəndində məskunlaşmış məcburi köçkünlər evlərində elektrik sayğaclarının quraşdırılmasına etiraz əlaməti olaraq kənddən keçən avtomobil yolunda aksiya keçiriblər. Hadisə yerinə Göygöl rayon Polis Şöbəsi və Gəncə şəhər Polis İdarəsi əməkdaşları gəlib. Göygöl rayon İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Asif Hacıyev APA-ya bildirib ki, etiraz aksiyası məcburi köçkünlərin sayğaclarla bağlı yanlış təsəvvürdə olmasına görə baş tutub. Məcburi köçkünlər sayğacların quraşdırılmasından sonra onlara dövlət tərəfindən verilən güzəştlərdən istifadə edə bilməyəcəklərini zənn etdikləri üçün bu prosesə etiraz ediblər. Yerli hakimiyyət təmsilçiləri, “Azərenerji” ASC-nin nümayəndələri aksiya iştirakçıları ilə söhbət edərək onların sayğaclar quraşdırıldıqdan sonra da dövlət tərəfindən verilən güzəştlər həddində istifadə edəcəklərini izah ediblər. Məcburi köçkünlər onları narahat edən digər suallara da cavab aldıqdan sonra aksiyanı dayandırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR