Bank Of Baku

Azərbaycanda yeni doğulan uşaqlara görə ödənilən müavinət artırılacaq

Azərbaycanda yeni doğulan uşaqlara görə ödənilən müavinət artırılacaq
# 16 aprel 2009 11:48 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Gələn il Azərbaycanda yeni doğulan uşaqlar və analara ödənilən müavinətlərin məbləği artırıla bilər. APA-nın məlumatına görə, bunu jurnalistlərə verdiyi açıqlamasında Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli bildirib.
H.Rəcəblinin sözlərinə görə, bu il sosial məqsədlər üçün nəzərdə tutulan vəsaitlərin artırılmasından söhbət gedə bilməz: «Buna baxmayaraq, gələn illər üçün analıq məzuniyyətlərinin ödənilən hissəsinin bir qədər artırılması Milli Məclisin gündəliyində durur. Bu məsələ qanun şəklində hazırlanır və gələcəkdə bunu etmək fikrindəyik».
Qeyd edək ki, hazırda Azərbaycanda yeni doğulan uşaqlara verilən birdəfəlik müavinətin məbləği 50 manatdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR