Bank Of Baku

Mərkəzi Neftçilər Xəstəxanasında kardiologiya problemləri mövzusunda beynəlxalq simpozium keçiriləcək

Mərkəzi Neftçilər Xəstəxanasında kardiologiya problemləri mövzusunda beynəlxalq simpozium keçiriləcək
# 16 aprel 2009 14:48 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Aprelin 17-də ARDNŞ-in Sosial İnkişaf İdarəsinin nəzdində fəaliyyət göstərən Mərkəzi Neftçilər Xəstəxanasında (MNX) kardiologiya problemləri mövzusunda beynəlxalq simpozium keçiriləcək. Bu barədə APA-ya ARDNŞ-dan məlumat verilib.

MNX-nın sabiq baş həkimi Fəxrəddin Cavadovun xatirəsinə həsr olunan 2 günlük simpoziumda tanınmış tibb doktorları - Nyu-York Presviterian xəstəxanasının Uell Kornell, Tibb Mərkəzinin ürək elektrofiziologiya klinikasının direktor müavini Kennet Stein, Amerika Kardioloqlar Cəmiyyətinin üzvü, Uell Kornell Tibb Kollecinin kardiologiya şöbəsinin baş müəllimi, Nyu-York Presviterian xəstəxanasının İntervension Kardiologiya Laboratoriyasının əməkdaşı Dmitrii Feldman və başqaları mühazirə ilə çıxış edəcək, dinləyiciləri maraqlandıran sualları cavablandıracaqlar.

Simpoziumda qəfləti ürək ölümü, səyrici aritmiyanın diaqnostikası və müalicəsi, bayılma, ürəyin xronik işemik xəstəliyi, intervensiya tələb edən kliniki hadisələr və digər mövzularda fikir mübadiləsi və diskusiyalar aparılacaq. Sonda simpozium iştirakçılarından bir neçəsinə beynəlxalq sertifikatlar təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR