Bank Of Baku

Azərbaycanda Avropa İmmunlaşdırma Həftəsi təşəbbüsü keçiriləcək

Azərbaycanda Avropa İmmunlaşdırma Həftəsi təşəbbüsü keçiriləcək
# 16 aprel 2009 14:51 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Vişnyovskaya Rostropoviç” Fondu və UNİCEF-in dəstəyi ilə aprelin 21-dən 26-dək Azərbaycanda Avropa İmmunlaşdırma Həftəsi təşəbbüsü keçirəcək. “Vişnyovskaya Rostopoviç” Fondunun Azərbaycan üzrə direktoru Soltan Məmmədovun APA-ya verdiyi məlumata görə, artıq üçüncü ildir Azərbaycanda İmmunlaşdırma Həftəsi keçirilir. Həftə ərzində immunlaşdırma problemləri geniş müzakirə ediləcək, peyvənd olunmamış uşaqlara təqvimə uyğun bütün növ peyvəndlər vurulacaq. S. Məmmədov aprelin 21-də Bakıda həftəliklə əlaqədar “İmmunlaşdırma proqramı – maneələrin öhdəsindən gəlmək və minilliyin məqsədlərinə çatmaq naminə səylərimizi səfərbər edək” mövzusunda milli konfrans keçiriləcəyini də açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR