Bank Of Baku

Aprelin 21-də Cenevrədə BMT-nin əmək miqrantlarına dair komitəsinin X sessiyası keçiriləcək

Aprelin 21-də Cenevrədə BMT-nin əmək miqrantlarına dair komitəsinin X sessiyası keçiriləcək
# 16 aprel 2009 14:52 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Azərbaycan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin Bütün Əmək Miqrantlarının və Onların Ailə Üzvlərinin Hüquqlarının Qorunması üzrə Komitəsinin Cenevrədə aprelin 21-22-də keçirilən X sessiyasında ölkəmizi təmsil edəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə əmək miqrantları ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi və icrası, bu təbəqədən olan insanların sosial müdafiəsi sahəsində ayrı-ayrı ölkələrdə mövcud vəziyyət geniş müzakirə olunacaq. Sessiyada ölkəmizdə miqrasiya prosesinin tənzimlənməsi sahəsində milli qanunvericiliyin və idarəetmə sisteminin qabaqcıl dünya təcrübəsinə uyğunlaşdırılması ilə bağlı görülən işlər və onların nəticələri əhatə olunmaqla, “Bütün əmək miqrantlarının və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında Beynəlxalq Konvensiya” üzrə Azərbaycanın ilkin məruzəsi diqqətə çatdırılacaq. Sessiyada Azərbaycanda beynəlxalq konvensiyadan irəli gələn vəzifələrin icrası istiqamətində həyata keçirilən tədbirdə və onların nəticələri müzakirə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR