Bank Of Baku

Azərbaycan hökuməti işsiz məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı yeni qərar qəbul edib

Azərbaycan hökuməti işsiz məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı yeni qərar qəbul edib
# 16 aprel 2009 14:56 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Nazirlər Kabineti «Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər haqqında» qərar qəbul edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.
Qərara əsasən, «Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında» Nazirlər Kabinetinin 1994-cü il tarixli qərarının 2-ci bəndinin müddəti 2010-cu il yanvarın 1-dək uzadılıb. Bununla yanaşı Təhsil, Səhiyyə, Mədəniyyət və Turizm nazirliklərinə, həmçinin digər aidiyyəti dövlət orqanlarına, əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinə tabeliyində olan qurumlarda vakant iş yerlərinə məcburi köçkünlərin işə qəbulu ilə bağlı müvafiq tədbirlərin görülməsi tapşırılıb. Adıçəkilən qurumlar görülmüş işlər barədə hesabatı rübdə bir dəfə Nazirlər Kabinetinə təqdim etməlidir.
Qərarla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məşğulluq xidməti orqanlarına müraciət etmiş məcburi köçkünlərin məşğulluğu ilə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq tədbirlərin həyata keçirməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR