Bank Of Baku

Azərbaycan prezidenti «Azərbaycanda bələdiyyələrin siyahısı»nda dəyişikliklər edilməsi barədə» qanunun tətbiqinə dair sərəncam imzalayıb

Azərbaycan prezidenti «Azərbaycanda bələdiyyələrin siyahısı»nda dəyişikliklər edilməsi barədə» qanunun tətbiqinə dair sərəncam imzalayıb
# 16 aprel 2009 15:16 (UTC +04:00)
Bakı – APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev «Bələdiyyələrin əraziləri və torpaqları haqqında» qanuna əlavə edilmiş «Azərbaycanda bələdiyyələrin siyahısı»nda dəyişikliklər edilməsi barədə» 2009-cu il 17 mart tarixli qanunun tətbiq edilməsi haqqında sərəncam imzalayıb.
Prezidentin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata əsasən, bu qanunun tətbiqini təmin etmək məqsədilə Nazirlər Kabinetinə tapşırılsıb ki, bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının «Bələdiyyələrin əraziləri və torpaqları haqqında» qanununa əlavə edilmiş «Azərbaycanda bələdiyyələrin siyahısı»nda dəyişikliklər edilməsi barədə» qanuna uyğunlaşdırılması barədə təklifləri hazırlayaraq dövlət başçısına təqdim etsin.
Bununla yanaşı, Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılması təmin olunmalı və bu barədə prezidentə məlumat verilməlidir.
Qeyd edək ki, bu sərəncam dərc edildiyi gündən qüvvəyə minir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR