Bank Of Baku

Balakəndə keçirilən aksiyada 80 uşaq sünnət olunub

Balakəndə keçirilən aksiyada 80 uşaq sünnət olunub
# 16 aprel 2009 15:44 (UTC +04:00)
Balakən. Vüqar Heydərov-APA. Bu gün Balakəndə sünnət aksiyası keçirilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən Mərkəzi Rayon Xəstəxanasının(MRX) baş həkimi Akif Uluxanov məlumat verib. Onun sözlərinə görə, Balakən rayon İcra Hakimiyyəti və Balakən MRX-nın birgə təşəbbüsü ilə keçirilən sünnət aksiyasına 7 cərrah və 12 tibb bacısı cəlb edilib. 2-10 yaş arasında olan oğlan uşaqları üzərində aparılır. Cərrahlar günorta saatlarına qədər 2-10 yaşlı 80 oğlan uşağını sünnət ediblər. İş gününün sonuna kimi daha 20 nəfər üzərində cərrahiyə əməliyyatı aparılacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR