Bank Of Baku

ABŞ-ın Emory Universitetinin azərbaycanlı professoru AMEA Rəyasət Heyətinin iclasında məruzə ilə çıxış edib

ABŞ-ın Emory Universitetinin azərbaycanlı professoru AMEA Rəyasət Heyətinin iclasında məruzə ilə çıxış edib
# 17 aprel 2009 08:12 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. AMEA-dan APA-Economics»ə verilən məlumata görə, elmi müəssisə rəhbərlərinin, alim və mütəxəssislərin iştirak etdiyi iclasa AMEA prezidenti akademik Mahmud Kərimov sədrlik edib. Tədbirdə ABŞ-ın Emory Universitetinin Kompüter Hesablama Mərkəzinin direktoru, professor Cəmaləddin Musayev “Kimya, fizika və biologiya sahəsində fundamental problemlərin həllinə kompüter və nəzəri yanaşma” mövzusunda məruzə ilə çıxış edib. C. Musayev rəhbərlik etdiyi mərkəzdə aparılan elmi-tədqiqat işləri haqqında məlumat verib. O, katalizatorların kvant kimyəvi üsullarla hesablanması, aktiv mərkəzlərin təbiətinin araşdırılması üçün bir sıra nəzəri hesablamaların aparılması, Mendeleyev cədvəlində olan bir sıra metallardan oksidlərin alınması və bu reaksiyaların keçirilməsi prosesinin getmə istiqamətlərinin aşkarlanması barədə danışıb.

Bununla yanaşı, iclasda bir sıra inzibati məsələlərin həlli ilə bağlı qərarlar qəbul edilib, kadr məsələlərinə baxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR