Bank Of Baku

Bakıda kardiologiya üzrə simpozium keçirilir

Bakıda kardiologiya üzrə simpozium keçirilir
# 17 aprel 2009 09:09 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Mərkəzi Neftçilər Xəstəxanasında (MNX) Açıq Tibb Cəmiyyəti Zaltsburq Weill-Cornell Seminarlarının kardiologiya üzrə 2 günlük Satellit Simpoziumu bu gün işə başlayıb. APA-nın məlumatına görə, simpoziumun açılışında çıxış edən tibb elmlər namizədi, Azərbaycan Kardiovaskulyar Cərrahlar Asossasiyasının rəhbəri Rəşad Mahmudov tədbirin MNX-nın mərhum baş həkimi Fəxrəddin Cavadovun xatirəsinə həsr olunduğunu deyib. Onun sözlərinə görə, Azərbaycanda ilk dəfədir ki, kardiologiya üzrə simpozium təşkil olunur. Simpozium Azərbaycanda kardioloqların işinin daha da təkmilləşməsinə dünyanın ən aktual problemləri, Avropa və ABŞ həkimləri ilə birgə ortaq müzakirələrin aparılmasına imkan verəcək. Bu Azərbaycanda kardiologiyanın inkişafına təkan verə bilər.
Səhiyyə Nazirliyinin baş kardioloqu Faiq Quliyev ürək-damar xəstəliklərinin azalması üçün tibb işçilərinin həmişə axtarışlar apardığını deyib. O, keçirilən simpoziumun bu istiqamətdə Azərbaycan kardioloqlarına yardımçı olacağını qeyd edib.
Nyu-York Presviterian Xəstəxanasının Uell Kornell Tibb Mərkəzinin ürək elektrofiziologiya klinikasının direktor müavini Kennet Stein “İmplantə olunan kardioverter defibriyatorlar və qəfləti ürək ölümü” mövzusunda məruzə ilə çıxış edib. ABŞ həkimlərinin kardiologiya sahəsində əldə etdikləri son yeniliklər barədə iştirakçılara məlumat verən Kennet Stein bununla bağlı video materialları nümayiş etdirib. Simpozium sual-cavablarla davam edib.
Qeyd edək ki, iki gün davam edəcək tədbirdə bir sıra xarici ölkələrdən dəvət olunmuş yüksək ixtisaslı tibb mütəxəssislər iştirak edəcək. Tədbirdə qəfləti ürək ölümü, səyrici aritmiyanın diaqnostikası və müalicəsi, bayılma, ürəyin xronik işemik xəstəliyi, intervensiya tələb edən klinik hadisələr və digər mövzularda fikir mübadiləsi və diskussiyalar aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR