Bank Of Baku

Bakıda hemofiliyalı və talassemiyalı uşaqlar üçün pulsuz stomatoloji kabinet açılıb

Bakıda hemofiliyalı və talassemiyalı uşaqlar üçün pulsuz stomatoloji kabinet açılıb
# 17 aprel 2009 09:55 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. 17 aprel - Beynəlxalq Hemofiliya Günü ilə bağlı Respublika Stomatoloji Mərkəzində hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş uşaqlar üçün pulsuz stomatoloji kabinet açılıb. APA-nın məlumatına görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının təşəbbüsü ilə açılan kabinet xüsusi qayğıya ehtiyacı olan uşaqlara pulsuz stomatoloji xidmət göstərəcək. Açılış mərasimində çıxış edən komitə sədri Hicran Hüseynova bildirib ki, stomatoloji kabinet BMT-nin Qadınlar Gildiyasının maliyyə dəstəyi ilə yaradılıb. Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti Gülnarə Hüseynova isə hazırda ölkədə 1248 hemofiliyalı xəstə olduğunu söyləyib. Onların 513 nəfəri məktəbəqədər və məktəb yaşlı uşaqlardır. Bu uşaqların 217 nəfərinin xüsusi bərpaya və qayğıya ehtiyacı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR