Gəncədə “Dəyişən dünya və Azərbaycan təhsilinin qarşısında duran vəzifələr” mövzusunda konfrans keçirilib
17 aprel 2009 11:11 (UTC +04:00)
Gəncə. Cəmşid Bəxtiyar-APA. Bu gün Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) akt zalında “Dəyişən dünya və Azərbaycan təhsilinin qarşısında duran vəzifələr” mövzusunda elmi-praktiki konfrans keçirilib. APA-nın qərb bürosunun xəbərinə görə, ADAU, Qafqaz Universiteti, Türkiyənin “Çağ Öyrətim” Şirkəti, Gəncə şəhər Təhsil İdarəsinin təşkilatçılığı ilə baş tutan konfransı giriş sözü ilə ADAU rektoru Mirqamət Sadıqov açıb. Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Akif Ələkbərov, Qafqaz Universitetinin rektoru Əhməd Sanç, professor Əjdər Ağayev, Gəncə şəhər Təhsil İdarəsinin müdiri Mahal Əliyev tədbirdə çıxış ediblər.
Məruzəçilər təhsildəki problemləri və onların həlli yollarını müzakirə ediblər.
Məruzəçilər təhsildəki problemləri və onların həlli yollarını müzakirə ediblər.
Sosial
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
16:38
6 may 2024
Magistraturaya qəbul olmaq istəyənlərə şad xəbər: UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb
16:27
6 may 2024
“Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb
15:54
6 may 2024
Su hövzələrində təhlükəsizliyin təmin olunması ilə bağlı müşavirələr keçirilib
15:07
6 may 2024