Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının regional bölmələri fəaliyyətə başlayacaq
17 aprel 2009 11:55 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Nazirlər Kabinetinin qərarına uyğun olaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Quba şəhərlərində regional bölmələri yaradılır. APA-nın məlumatına görə, bunu TQDK sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, aprelin 25-də dövlət qulluğuna qəbul imtahanı keçirildikdən sonra regional bölmələr fəaliyyətə başlayacaq. Regional bölmələr həmin zonaya aid olan sənəd qəbulu komissiyalarının işini yoxlayacaq. Gələn həftə Nazilər Kabinetinin ali məktəblərə tələbə qəbulu aparılacaq ixtisaslar və plan yerləri ilə bağlı qərar verəcəyi də gözlənilir. İxtisaslar təsdiqləndikdən sonra TQDK tərəfindən elan ediləcək.
Sosial
FHN Xızıda kompleks mülki müdafiə təlimi keçirilib - VİDEO
13:35
4 may 2024
FHN-in Gəncə Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqləri keçirib
13:09
4 may 2024
Beynəlxalq səyyahlar Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər - FOTO - YENİLƏNİB - VİDEO
11:54
4 may 2024
Yeni ixtisas üzrə təhsil müəssisəsində ilk dəfə tədrisə başlanılması qaydaları açıqlanıb
11:48
4 may 2024