Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi azərbaycanlı gənclər üçün üzrə təqaüd proqramları elan edib
18 aprel 2009 09:37 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi 2010-cu il üçün Yaponiyanın ali məktəblərində bakalavr, magistratura və ya PhD (doktorluq) pillələri üzrə oxumaq arzusunda olan Azərbaycan vətəndaşları üçün Monbukaqakuşo-Mext Təqaüd proqramlarını elan edib. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, proqramda 34 yaşadək universitet məzunları iştirak edə bilərlər. Namizədlər yapon dilini öyrənməli və yapon dilində təlim keçməlidirlər. İngilis dilini bilən şəxslər də bu proqrama müraciət edə bilərlər.
Bakalavr pilləsi üzrə elan edilən proqram iştirakçısı olmaq istəyən namizədlər ya orta məktəb məzunu olmalı, ya da Yaponiyadakı orta təhsil ekvivalent olan təhsil müəssisəsini bitirməlidır. Namizəd yapon dilini öyrənməli, öyrənməyə həvəs göstərməli və yapon dilində təhsil almalıdır. Təqaüdün müddəti 2010-cu ilin aprel ayından 2015-ci ilin mart ayına qədər, bir illik yapon dilinin ilkin tədrisi daxil olmaqla beş ildir. Proqramlarda iştirak etmək istəyənlər iyunun 19-dək Yaponiyanın Azərbaycandakı səfirliyinə müraciət edə bilərlər.

Sosial
TƏBİB Gəncə Şəhər Birləşmiş Xəstəxanasında külli miqdarda korrupsiya faktının aşkarlanmasına münasibət bildirib
17:14
4 may 2024
DYP "Bakı Marafonu-2024" ilə əlaqədar sürücülərə müraciət edib
15:07
4 may 2024
ABŞ-ın Stirlinq Fondu Azərbaycanda mina təhlükəsi ilə bağlı maliyyə yardımı ayıracaq
13:47
4 may 2024
FHN silsilə maarifləndirmə tədbirləri keçirib
13:42
4 may 2024