Bank Of Baku

İsmayıllı rayonunda 3 yeni məktəb istifadəyə verilib

İsmayıllı rayonunda 3 yeni məktəb istifadəyə verilib
# 20 aprel 2009 09:38 (UTC +04:00)
İsmayıllı- APA- Şahnəzər Bəşirov. İsmayıllı rayonunda yeni tikilən 3 orta ümumtəhsil məktəbi istifadəyə verilib. APA-nın yerli bürosunun xəbərinə görə İsmayıllının Xəlilli, Cülyan və Ağbulaq kənd orta məktəbləri üçün inşa edilən yeni binaların açılışında təhsil naziri Misir Mərdanov, millət vəkilləri Ərəstun Cavadov, Novruz Aslanov, rayon icra hakimiyyətinin başçısı Nizami Ələkbərov iştirak edib. Tədbirdə bildirilib ki, hər biri 220 şagird yerlik olan bu məktəblərin inşasına 2008-ci ilin may-iyun aylarında başlanılıb. Təhsil ocaqları dövlət vəsaiti hesabına tikilib. Hazırda rayonun Gideyli kəndində 180 yerlik məktəb binasının inşası davam etdirilir.
Sonra nazir Misir Mərdanovun iştirakı ilə rayon təhsil işçilərinin müşavirəsi keзirilib. Nazir biliyin qiymətləndirilməsi ilə bağlı qəbul olunan yeni qaydalar barədə təhsil işçilərinə məlumat verib. Tədbirdə qeyd olunub ki, aprelin 12-də keзirilən sınaq imtahanlarının açıqlanmış ilkin nəticələrinə görə rayonun ayrı-ayrı məktəbləri üzrə təhsilin keyfiyyəti ilə bağlı təhlil aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR